12/05/2021
17:44
1632
| A A A
PSG-nin futbolçusu sərt cəzalandı

Fransa çempionatının 36-cı turunun Rennes-lə matçında (1:1) qırmızı vərəqə alan PSG-nin futbolçusu Presnel Kimpembenin cəzası açıqlanıb.

Goal.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı müdafiəçi üç oyunluq diskvalifikasiya olunub.

O, qırmızı vərəqə alaraq meydanı tərk edərkən rəqib futbolçularını homofobik təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. PSG-nin bu mövsüm Liqa 1-də iki oyunu qalıb. Kimpembe Reims-lə ev və Brest-lə səfər matçını buraxacaq.

Qeyd edək ki, Paris klubu Liqa 1-də 2-ci sıradadır. Paytaxt təmsilçisi sona iki tur qalmış lider Lille-dən üç xal geri qalır.