18/05/2021
14:54
1079
| A A A
Liqa 1-i tərk edən ikinci klub da bilindi

Fransa çempionatında 2020/21 mövsümünün sonunda elitanı tərk edəcək daha bir klubun adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, Nimes klubu Liqa 1-də mövsümün sonuna bir tur qalmış elita ilə vidalaşmaq məcburiyyətində qalıb.

Sözügedən komanda 37-ci turda Lyon-a 2:5 hesabı ilə uduzub. Beləliklə, hazırda 35 xala malik Nimes-in mövsümü 19-cu pillədə başa vuracağı və elitanı tərk edəcəyi dəqiqləşib. Bu komanda növbəti mövsümdən Liqa 2-də mübarizə aparacaq.

Daha əvvəl sonuncu pillədə qərarlaşan Dijon-un elitanı tərk edəcəyi dəqiqləşmişdi.