24/05/2021
01:26
1959
| A A A
Fransa çempionu müəyyənləşdi

Lille tarixində 4-cü dəfə Fransa çempionu olub.

Goal.az xəbər verir ki, bu, Liqa 1-in son turunda müəyyənləşib.

Kristof Qaltyenin baş məşqçi olduğu kollektiv XXXVIII turda səfərdə Angers-i məğlubiyyətə uğradıb - 2:1. Qalib komandanın ikinci qolunu 45+1-ci dəqiqədə penaltidən Burak Yılmaz vurub. Bununla da təcrübəli hücumçu 16 qolla bombardirlər siyahısında 4 - 7-ci yerləri bölüşüb.

Lille-in start heyətində Yılmazdan əlavə, daha 2 türkiyəli futbolçu - Zeki Çelik və Yusuf Yazıcı da yer alıb. Çelik sonadək meydanda olubsa, Yazıcı 67-ci, Yılmaz 82-ci dəqiqədə əvəzlənib.

Beləliklə, xalını 83-ə çatdıran Lille PSG-nin səfərdə Brest-i 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, ən yaxın izləyicisi ilə 1 xallıq fərqi qoruyub. Paytaxt komandasının ikinci qolunu 71-ci dəqiqədə Kilian Mbappe vurub. Neymar isə 19-cu dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, Lille sonuncu dəfə 2010/2011 mövsümündə Fransa çempionu olub