25/05/2021
13:29
2666
| A A A
Fransada mövsümün rəmzi komandası açıqlandı

Fransa Liqa 1-də mövsümün rəmzi komandası açıqlanıb.

Goal.az xəbər verir ki, Fransa Peşəkar Futbolçular Birliyi tərəfindən müəyyənləşdirilən rəmzi heyətdə çempion Lille-dən 2, mövsümün gümüş mükafatçısı PSG-dən isə 5 futbolçu yer alıb. Lille-in çempionluğunda böyük pay sahibi olan türkiyəli futolçular Burak Yılmaz, Zeki Çelik və Yusuf Yazıcı isə rəzmi komandaya düşməyib.

Qapıçı: Keylor Navas (PSG)

Müdafiəçilər: Reinildo Mandava (Lille), Presnel Kimpembe, Markinyos (hər ikisi PSG), Conatan Klauss (Lans)

Yarımmüdafiəçilər: Lukas Paketa (Lyon), Orelyen Tuçameni (Monaco), Benjamen Andre (Lille)

Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSG), Memfis Depay (Lyon).