25/05/2021
15:29
1778
| A A A
Fransa klubunda yeni baş məşqçi

Angers klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Cerald Batikla tapşırılıb. 51 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Batikl bundan əvvəl Lyon-da məşqçi kimi çalışırdı. Fransız mütəxəssis Angers-də baş məşqçi postunda Stefan Mulini əvəzləyib.

Angers Liqa 1-də mövsümü 13-cü sırada tamamlayıb.