29/05/2021
17:27
5557
| A A A
PSG Poçettinonun əvəzləyicisini tapdı

Real Madrid-dən ayrılan Zinəddin Zidan karyerasını ölkəsi Fransada davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə futbol jurnalisti Nikola Skira öz tvitter hesabına məlumat paylaşıb. 48 yaşlı çalışdırıcının PSG ilə danışıq apardığı bildirilib. Fransalı mütəxəssisin Paris klubunda Maurisio Poçettinonu əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Zidan Real-da iki dəfə La Liqanın, 3 dəfə Çempionlar Liqasının qalibi olub.