02/06/2021
12:28
3127
| A A A
PSG Poçettinoyla bağlı qərar verdi

PSG baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni uzadıb.

Goal.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb. Argentinalı çalışdırıcınını sözləşməsi avtomatik yenilənib. Paytaxt klubu 49 yaşlı mütəxəssislə müqaviləni daha 1 illik uzatmaq seçimini aktivləşdirib. Buna görə də onun 2022-ci ilin yayınadək olan müqaviləsi 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Poçettino PSG-ni bu ilin yanvar ayından çalışdırır. Bir müddət əvvəl klub rəhbərliyinin onun işindən narazı olduğu haqda xəbərlər yayılmışdı.