06/07/2021
14:56
3025
| A A A
Lille-in yeni baş məşqçisi bilindi

Lille-in yeni baş məşqçisi müəyyənləşib.



Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Joslen Qurvennek çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı fransız mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Qurvennek son olaraq 2018/19 mövsümündə Guingamp-a rəhbərlik edib.

Qeyd edək ki, geridə qalan mövsümdə Liqa 1-in qalibi olan Lille-i Kristof Qaltye çalışdırırdı. Lakin o, bu yay istefa verib və Nice-nin baş məşqçisi təyin olunub.