18/07/2021
12:25
2227
| A A A
PSG-də koronavirus şoku

PSG-nin yeni transferi Əşrəf Hakimi koronavirusa yoluxub.



Goal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

22 yaşlı futbolçu COVİD-19 testinin pozitiv çıxması səbəbindən komanda ilə məşqlərdə iştirak edə bilmir. Mərakeşli oyunçunun nə vaxta kimi karantində qalacağı bilinmir.

Qeyd edək ki, Hakimi iyulun 7-də İtaliya İnter-indən 70 milyon avro qarşılığında PSG-yə transfer olunub.