21/07/2021
14:44
1165
| A A A
PSG-nin futbolçusu sağaldı

PSG-nin futbolçusu Əşrəf Hakimi koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi artıq Paris komandasının məşqlərinə qoşulub. Bu barədə o instagram hesabında paylaşım edib.

İyulun 17-də Hakiminin koronavirusa yoluxduğu bildirilmişdi.

Hakimi iyulun 7-də İtaliya İnter-indən 70 milyon avro qarşılığında PSG-yə transfer olunub.