02/08/2021
10:49
2258
| A A A
Fransa Super Kubokunun qalibi bilindi (VİDEO)

Tel-Əvivin (İsrail) Bloomfield stadionunda Fransa Super Kuboku uğrunda qarşılaşma başa çatıb.

Goal.az xəbər verir ki, qələbə uğrunda ölkə kubokunun qalibi PSG və Fransa çempionu Lille mübarizə aparıb. Matç Lille in minimal hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu Şeka 45-ci dəqiqədə vurub. “Parislilər” üstünlüyə baxmayaraq, hesabı bərabərləşdirə bilməyiblər.