03/08/2021
13:28
1783
| A A A
PSG-də koronavirus şoku

PSG-nin futbolçusu İdrissa Qeye koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Qeyenin koronavirus testi müsbət çıxıb.

Yarımmüdafiəçi bu səbəbdən Lille-ə qarşı keçirilən Fransa superkuboku matçında iştirak etməyib.

Lille superkubokda PSG-ni 1:0 hesabıyla məğlub edib.