01/12/2021
11:58
7398
| A A A
Messinin səhhətində problem yarandı

PSG-nin ulduz futbolçusu Lionel Messi komandanın son məşqinə qatılmayıb.

Goal.az xəbər verir ki, argentinalı futbolçu qastroenterit (mədə və nazik bağırsağın funksiyasının pozulması) simptomları üzündən çalışmalardan kənarda qalıb.

Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. Eyni səbəbdən Messinin həmyerlisi Leandro Paredes də PSG-nin məşqində iştirak etməyib. Bu üzdən onların sabah Liqa çərçivəsində baş tutacaq Nice ilə oyunda iştirakı sual altındadır.