15/05/2022
11:58
1710
| A A A
Mbappe Anrinin rekordunu qırdı

PSG-nin futbolçusu Killian Mbappe Tyerri Anrinin rekordunu qırıb.

Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Montpellier-ə 4:0 hesabı ilə qalib gəldikləri Liqa 1-in 37-ci tur oyununda nail olub.

Görüşdə bir qol və iki məhsuldar ötürmə ilə yadda qalan forvard 2021/2022 mövsümündə Paris təmsilçisində və yığmada 70 qolun vurulmasında iştirak edib.

Bu, XXI əsrdə fransalı oyunçular arasında ən yaxşı göstəricidir. Fransa millisinin sabiq oyunçusu Tyerri Anri 2022/2003 mövsümündə 68 qolun vurulmasında pay sahibi olmuşdu.

GÜNÜN ƏN ÇOX OXUNANLARI