Liqa 1-ə vəsiqə qazanan növbəti klub bilindi
Fransa Liqa 1-ə yüksələn ikinci komanda məlum olub.
Goal.az xəbər verir ki, Ajaccio Liqa 2-nin 38-ci turunda Toulousa ya qalib gələrək (1:0) elitaya vəsiqəni təmin edib.
Bu qələbə sayəsində xalını 75-ə çatdıran komanda 2-ci yeri təmin edib. Daha əvvəl Toulouse çempion kimi yüksək liqaya vəsiqə qazanmışdı.
Qeyd edək ki, Ajaccio sonuncu dəfə 2013/24 mövsümündə Liqa 1-də yarışıb.