18/05/2022
20:21
2122
| A A A
Burak Yılmaz karyerasıyla bağlı qərar verdi

Burak Yılmaz mövsümün sonunda Lille-dən ayrılacaq.

Goal.az xəbər verir ki, 36 yaşlı forvard klubla müddəti bitən müqaviləsini yeniləməyəcək.

Burak komanda yoldaşlarına, məşqçilərinə və klubun işçilərinə ziyafət təşkil edib. O, qonaqlıqda ona dəstək olanlara təşəkkür edib.

Qeyd edək ki, 2020-ci ilin avqustundan Lille-də çıxış edən türk hücumçu 72 matçda 25 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.