18/05/2022
21:35
3427
| A A A
Messi baş məşqçidən narazıdır

PSG-nin hücumçusu Lionel Messi ilə baş məşqçi Maurisio Poçettino arasında gərgin münasibətlər var.

Goal.az xəbər verir ki, Argentina millisinin kapitanı həmyerlisinin işindən məmnun deyil.

O, yeni mütəxəssisin gəlişini gözləyir və gələcək perspektivlərini dəyərləndirir. 35 yaşlı futbolçu Barcelona-dan kənarda da uğur qazana biləcəyini sübut etmək istəyir. Lakin hücumçu bunun üçün Poçettinonun parislilərdən ayrılmalı olduğunu düşünür.

Qeyd edək ki, Lionel Messi PSG-yə ötən ilin yayında Barcelona-dan keçib. O, cari mövsüm 33 oyunda 11 qol vurub, 13 məhsuldar ötürmə verib. (apasport)