20/05/2022
20:00
3617
| A A A
PSG Mbappeyə fantastik məvacib təklif edib

PSG Killian Mbappeni komandada saxlamaq üçün futbolçuya fantastik məvacib təklif edib.

Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu hazırkı klubu ilə yeni müqavilə imzalasa, illik maaşı, vergi xərclərini çıxmaqla, 100 milyon avro olacaq.

Bundan başqa, PSG rəhbərliyi Fransa millisinin forvardına bonus olaraq, 300 milyon avro vəd edib. Ulduz futbolçunun gələcəyi ilə bağlı yaxın vaxtlarda qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe ilə Real Madrid də yaxından maraqlanır. Hətta daha əvvəl hücumçunun "kral klubu" ilə anlaşdığı bildirilib. (report)