11/09/2022
19:45
2597
| A A A
Messi şəxsi rekordunu yenilədi

Fransa Liqa 1-in VII turunda PSG öz meydanında Brest-ə qalib gəlib - 1:0.

Goal.az xəbər verir ki, yeganə qolun ötürməsini edən Lionel Messi şəxsi rekordunu müəyyənləşdirib. Bu, onun bir təqvim ilində 17-ci assisti olub. Messi daha əvvəl 2011, 2018 və 2020-ci illərdə 16 qol ötürməsi edib.