20/09/2022
11:55
2733
| A A A
Messi Ronaldonu geridə qoydu

PSG-nin hücumçusu Lionel Messi Manchester United-də çıxış edən Kriştiano Ronaldonun rekordunu qırıb.

Goal.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Liqa 1-in 8-ci turu çərçivəsində Lyon-u 1:0 hesabı ilə məğlub etdikləri səfər oyununda nail olub.

5-ci dəqiqədə yeganə qolun müəllifi olan argentinalı oyunçu karyerasında penaltilər istisna olmaqla 672-ci dəfə fərqlənib. Təcrübəli forvard 671 dəfə rəqib qapılarına yol tapan Ronaldonu geridə qoyub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI