02/10/2022
11:55
1571
| A A A
Monaco-da yeni müqavilə

Monaco müdafiəçisi Gilyermo Maripanla müqavilənin müddətini artırıb.

Goal.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Çilili mərkəz müdafiəçisi ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 28 yaşlı futbolçunun əvvəlki sözləşməsi 2024-cü ilin yayına qədər idi.

Maripan 2019-cu ildən formasını geyindiyi Monaco-da 100 rəsmi matça çıxıb, 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI