20/12/2022
14:09
5317
| A A A
Lyon klubunun yeni sahibi bəlli olub

Fransanın Lyon klubunun yeni sahibi bəlli olub.

Goal.az xəbər verir ki, ABŞ-dan olan milyarder Con Tekstor Liqa 1 təmsilçisinin böyük hissəsini satın alıb.

Onun rəhbərlik etdiyi "Eagle Football Holdings" səhmlərin 77,49 faizinə sahib çıxıb.

Lyon-un prezidenti Jan-Mişel Ola səhmləri satmağa razılaşıb. Qərar sayəsində klubun kapitalı 86 milyon avro artacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI