Lionel Messi DÇ-2022-dən sonra PSG-nin ilk oyununu buraxa bilər
Argentina millisinin futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatından sonra Fransanın PSG komandasının ilk oyununu buraxa bilər.
Goal.az xəbər verir ki, 35 yaşlı hücumçu DÇ-2022-nin qalibi olduqdan sonra vətənindədir.
Təcrübəli oyunçu mundialdakı uğuru qeyd etmək niyyətindədir, Paris təmsilçisi isə onu tələsdirmək istəmir. Messinin ilin sonunadək Fransaya qayıdacağı gözlənilir.
Qeyd edək ki, PSG Liqa 1-in XVI turunda dekabrın 28-də Strasbourg-la üz-üzə gələcək.