12/01/2023
13:20
2269
| A A A
PSG-nin ötən mövsüm üçün maliyyə hesabatını açıqlanıb

PSG-nin ötən mövsüm üçün maliyyə hesabatını açıqlanıb.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi maaşlara 728 milyon avro xərcləyib. Bu da futbol tarixində ən böyük məbləğdir. 2021-ci ilin yayında Lionel Messi, Əşraf Hakimi və Canluici Donnarummanın transferindən sonra PSG-nin maaş xərcləri 45 faiz artıb.

Qeyd olunur ki, PSG-nin məvaciblərlə bağlı xərcləri 670 milyon avro təşkil edən gəliri üstələyir. PSG-nin 369 milyon avro xalis itkisi var və bu, futbol tarixinin ən pis göstəricilərindən biridir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI