24/01/2023
13:51
2782
| A A A
Messi PSG ilə bağlı qərarını dəyişib

Lionel Messi yayda PSJ-dən ayrıla bilər.

Goal.az xəbər verir ki, Paris klubunun hücumçusu bu mövsümün sonu başa çatan müqaviləni uzatmaq niyyətində deyil.

Argentinalı oyunçu DÇ-2022-nin qalibi olduqdan sonra sonra müqaviləni yeniləmək fikrini dəyişib. O, hələ də gələcəyi haqqında düşünür. 35 yaşlı futbolçunun Barcelona-ya qayıtmaq isə planlarında deyil.

Qeyd edək ki, Messi bu mövsüm Liqa 1-də 15 oyuna çıxıb, 8 qol vurub və 10 qolun ötürməsini verib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI