PSG-nin baş məşqçisi ulduz futbolçulardan razı deyil
PSG-nin baş məşqçisi Kristof Qaltye klubun hücumçuları Lionel Messi, Kilian Mbappe və Neymarın müdafiə üçün çalışmamasından narazıdır.
Goal.az xəbər verir ki, mütəxəssis Paris təmsilçisində öz taktikasını həyata keçirə bilmir. O, əvvəllər digər iş yerlərində komandası topu itirdiyi zaman müdafiəyə diqqət yetirirdi. Ancaq Messi, Mbappe və Neymar ilə bu alınmır.
Mütəxəssis eyni zamanda anlayır ki, 35 yaşlı argentinalı oyunçunu müdafiəyə və bütün matça təzyiq göstərməyə məcbur edə bilməz.