20/02/2023
18:10
4447
| A A A
Neymarın durumuna aydınlıq gəldi

PSG-nin futbolçusu Neymar 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Goal.az xəbər verir ki, buna 31 yaşlı hücumçunun Lille-ə 4:3 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV oyununda zədələnməsi səbəb olub.

İlkin müayinə zamanı braziliyalı forvardın sağ topuq oynağının bağlarının qismən qopması müəyyən edilib.

Beləliklə, Neymar martın 8-də Almaniyada Bayern-ə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında da iştirak etməyəcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI