Neymar PSG ilə bağlı qərarını verdi
PSG-nin futbolçusu Neymar klubunu dəyişməyi planlaşdırmır.
Goal.az xəbər verir ki, braziliyalı hücumçu 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləsinin müddəti bitmədən Paris təmsilçisini tərk etmək fikrində deyil. Onun komanda yoldaşı, dostu Lionel Messi PSG ilə müqaviləni yeniləməmək qərarına gəlsə belə, Neymar planlarını dəyişməyəcək. (report)