22/02/2023
11:50
1178
| A A A
Mbappedən növbəti rekord

PSG-nin hücumçusu Kilian Mbappe Liqa 1-də 150 qol vuran ən gənc futbolçu olub.

Goal.az xəbər verir ki, fransalı hücumçu bu göstəriciyə 24 yaş 2 aylığında çatıb. Mbappeyə 203 matçda bu qədər qol vurub.

İlk üçlükdə 1959-cu ildə, 26 yaş 2 aylığında bu nəticəyə nail olmuş Jüst Fonten və Herve Revelli (1972, 26 yaş 3 ay) də qərarlaşıb.

Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlərdə PSG-nin heyətində 28 oyuna çıxıb, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI