13/10/2019
11:05
1279
| A A A
Araz Çempionlar Liqasında mübarizəni dəyərləndirdi

Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsi başa çatmaq üzrədir.

Goal.az-ın məlumatına görə, yarışda ölkəmizi təmsil edən “Araz” bu gün son oyununu keçirib.

Təmsilçimiz qrup oyunlarını təşkil edən Belçikada Ukrayna çempionu “Xerson”la qarşılaşıb.

Komandamız qrupda keçirdiyi ilk iki matçda “Halle Gooik”ə (Belçika) 1:5, “Benfika”ya (Portuqaliya) isə 0:7 hesabı ilə məğlub olmuşdu. Azərbaycan çempionu son görüşdən də məğlub ayrılıb və ÇL-lə vidalaşıb.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

“Xerson” (Ukrayna) – “Araz” (Azərbaycan) 8:3

Qollar: R.David, 08:24; 25:44. İ.Korsun, 09:43. L.Lanko, 18:30. P.Şoturma, 22:22; 39:24. M.Bilotserkivets, 23:26; 30:01 - M.Zavriç, 04:04-öz qapısına. İ.Atayev, 29:52. X.Bağırov, 39:05.

Hakimlər: Moşe Bohbot (İsrail), Damian Yaruçeviç (Polşa), Viktor Buqenko (Moldova)

Halle şəhəri. De Bres Arena.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
480 səs