22/05/2020
15:19
1092
| A A A
Milan Real Madrid-in futbolçusuna elçi düşüb

Real Madrid-in hücumçusu Luka Yoviç karyerasını Milan-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, Milan Yoviçi satınalma hüququ ilə birlikdə iki il müddətinə icarəyə götürmək istəyir. Əsas maneə serb futbolçunun illik 5 milyon avro dəyərində olan məvacibidir. Hazırda danışıqlar davam edir.

Daha əvvəl Lukanın zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Onun evin divarından yıxıldığı və çətinliklə sağ qaldığı məlum olmuşdu.

22 yaşlı forvard ötən yay 60 milyon avro qarşılığında Eintracht-dan transfer edilmişdi. Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol, 2 məhsuldar ötürmə var. (fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6156 səs