13/10/2019
14:50
1673
| A A A
Messi və Aquero Argentina millisinə nə vaxt qayıdacaq?

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığmanın hücumçuları Lionel Messi və Serxio Aquero ilə bağlı açıqlama verib.

Goal.az xarici xəbər verir ki, 41 yaşlı mütəxəssis, hər iki futbolçunun noyabrdan etibarən milliyə çağırılacaqlarını deyib:

“Messi diskvalifikasiya səbəbiylə milliyə çağırılmır. Aquero isə bəzi problemləri olduğu üçün dəvət almır. O, klubu ilə də tam məşq edə bilmir. Gələn ay hər iki futbolçu mütləq heyətə qayıdacaq”.

Messi, Argentina millisi Amerika kuboku-2019-da mübarizəni dayandırdıqdan sonra verdiyi açıqlamalara görə 3 ay müddətinə cəzalandırılmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39809 səs