21/01/2021
12:56
2155
| A A A
Beşiktaş-ın futbolçusu FİFA-ya şikayət etdi

Beşiktaş-ın futbolçusu Kevin Nkudu klubdan FİFA-ya şikayət edib.

Goal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərə görə, 25 yaşlı fransalının bu addımı atmasının səbəbi klubun ona olan borcları ödəməməsidir. Nkudu klubun ona 247 min 500 avro ödəməli olduğunu iddia edir. Araşdırmalardan sonra bu məbləğin 180 min avro təşkil etdiyi müəyyənləşib.

Futbolçunun menecerinin CAS-a da (İdman Arbitraj məhkəməsi) müraciət edəcəyi bildirilir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs