21/01/2021
14:29
2431
| A A A
Argentinalı futbolçu Super Liqa klubunda

Fatih Karagümrük klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa klubu argentinalı yarımmüdafiəçi Lukas Kastronu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyanın SPAL klubunan transfer olunan 31 yaşlı oyunçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Lukas Kastro peşəkar karyerasına ölkəsinin Gimnasia klubunda başlayıb. Daha sonra Rasing Club-da oynayan futbolçu 2012-ci ildə İtaliyanın Catania klubuna transfer olunub. Yarımmüdafiəçi bu ölkədə Chievo və Cagliari-nin də uğurları üçün çalışıb.

Kastro bu bu mövsüm SPAL-ın heyətində meydana çıxdığı 13 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. (matc)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs