22/01/2021
10:00
1541
| A A A
Premyer Liqada II dövrəyə yekun vurulur

Bu gün keçiriləcək bir oyunla Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, “ASK Arena”da baş tutacaq görüşdə “Keşlə” “Sumqayıt”ı qəbul edəcək.

Son turlarda qələbə qazana bilməyən komandalar 3 xal sayəsində turnir cədvəlində irəliləməyə çalışacaq. Bu görüşlə çempionatın II dövrəsi başa çatacaq.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 3:1, “Qarabağ” “Sabah”ı 2:1, “Zirə” “Qəbələ”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası

XIV tur

22 yanvar (cümə)

16:00. "Keşlə" - "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs