Polşa millisində yeni çalışdırıcı
Polşa yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Goal.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Paulo Souza çalışdıracaq.
Bu barədə Polşa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Portuqal mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Paulo Souza Polşa yığmasında yanvarın 18-də istefaya göndərilmiş Yeji Bjençeki əvəz edib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR