Noyer Kanın rekordunu təkrarladı
Bayern Münich-in futbolçusu Manuel Noyer rekorda imza atıb.
Goal.az xəbər verir ki, Noyer Bundesliqa tarixində ən çox “quru oyun” keçirən qapıçı ünvanını qazanıb.
34 yaşlı futbolçu 17-ci tur çərçivəsində Augsburg-la keçirilən səfər matçında (1:0) qapısını toxunulmaz saxlayıb. Noyer, bununla da, “quru oyun” seriyasını 196-ya çatdırıb.
Noyerdən əvvəl bu rekord keçmiş qapıçı Oliver Kana aid idi. Kanın da aktivində 196 “quru oyun” var idi.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR