22/01/2021
12:55
2543
| A A A
Atletico-ya qol vuran qapıçı tarixə düşdü

Eibar-ın qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb.

Goal.az xəbər verir ki, 29 yaşlı qolkiper XIX turda Atletico Madrid ilə matçda penaltini dəqiq yerinə yetirib.

Serbiyalı oyunçu 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır. La Liqada son olaraq Almeria ilə görüşdə Deportivo-nun qapıçısı Dani Aransubiya fərqlənib.

Dmitroviç həm də 18 ildən sonra penaltidən fərqlənən ilk çərçivə qoruyucusudur. 2003-cü ildə Las Palmas-ın qolkiperi Naço Qonsales Athletic-lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib. Bu vaxta qədər İspaniya çempionatında 7 qapıçı qol vura bilib.

Qeyd edək ki, Eibar Atletico-ya 1:2 hesabı ilə uduzub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs