28/05/2020
21:13
6377
| A A A
Ronaldo Juventus-dan ayrılır

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Juventus-dan ayrıla bilər.

Goal.az xəbər verir ki, bunu italiyalı jurnalist Pyetro Baltsano Prota iddia edib.

O, 35 yaşlı hücumçunun cari mövsümün sonunda Turin təmsilçisini tərk etməyə yaxın olduğunu bildirib.

Tərəflərin mümkün ayrılma səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ilin yayında 117 min avro qarşılığında Real Madrid-dən Juventus-a keçib. Portuqaliyalı forvardın müqaviləsi 2022-ci ildə başa çatır. Ronaldo cari mövsüm 32 oyunda meydanda olub, 25 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8587 səs