21/10/2019
13:48
1626
| A A A
Qarabağ - APOEL oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Qarabağ - APOEL matçının hakimləri müəyyənləşib.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona yan xətdə Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Qarabağ – APOEL matçı saat 20:55-də başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39612 səs