22/05/2020
17:56
729
| A A A
Vidal Barcelona-dan ayrılmaq istəmir

Arturo Vidal "Barcelona"nı tərk etmək niyyətində olmadığını bildirib.

Goal.az xəbər verir ki, çilili futbolçu "Barcelona"da xoşbəxt olduğunu qeyd edib:

"Mən buradakı vəziyyətdən məmnunam. "Barcelona"da özümü rahat hiss edirəm. Təbii ki, burada qalmaq istəyirəm. İndi əvvəlki periodla müqayisədə daha da hazırlıqlıyam. Əla kollektivə sahibik və paltardəyişmə otağında çoxlu dostlarım var. Xoşbəxtəm".

Daha əvvəl Vidalın "İnter"ə keçəcəyinə dair xəbərlər yayılmışdı. (fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6156 səs