29/09/2022
18:46
1753
| A A A
Qarabağ-la oyun öncəsi Olympiacos-da daha bir itki

Qarabağ-ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın Olympiacos klubunun daha bir futbolçusu zədələnib.

Goal.az xəbər verir ki, müdafiəçi Usseynu Ba sıradan çıxıb.

26 yaşlı seneqallı oyunçunun durumuna bu gün aydınlıq gələcək.

Daha əvvəl Pirey təmsilçisinin digər müdafiəçisi Panayotis Retsos eyni aqibəti yaşayıb. 24 yaşlı futbolçunun Qarabağ-a qarşı ilk qarşılaşmanı buraxacağı dəqiqləşib. Bundan əlavə, komandanın əsas qapıçısı Tomaş Vatslikin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, Qarabağ Olympiacos-a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. (report)