29/09/2022
19:40
2204
| A A A
Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin və Chelsea-nin sabiq futbolçusu Ramires karyerasını başa vurub.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

O, 35 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Ramires 2010 - 2016-cı illərdə London təmsilçisinin formasını geyinib. Yarımmüdafiəçi 2009/2010 mövsümündə Portuqaliyada Benfica-nın şərəfini qoruyub. O, yığmada 51 matçda meydanda olub. (report)