07/10/2019
14:49
973
| A A A
Zirə-nin futbolçusu üçün əlamətdar ilklər

Azərbaycan Premyer Liqasının VII turu “Zirə”nin futbolçusu İlkin Muradov üçün ikiqat əlamətdar olub. 

Goal.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilə ev matçı (1:1) 23 yaşlı yarımmüdafiəçinin “qartallar”ın heyətində 50-ci oyun olub.

2016/17 mövsümündə komandada debüt edən İlkin çempionatda 43, kubokda 7 qarşılaşmaya çıxıb. O, “Zirə”də 50 və daha çox matç keçirən 13-cü futbolçudur.

Muradov “Qəbələ”ylə görüşündəki yubileyini qolla qeyd edib. Bu, yarımmüdafiəçinin “qartallar”da ümumilikdə 2-ci topudur. O, ilk dəfə 2018-ci il dekabrın 15-də “Səbail”lə Azərbaycan kubokunun matçında fərqlənmişdi.

Zirə İdman Kompleksinin stadionunda vurulan son qol isə İlkinin Premyer Liqada ilk topu olub. O, komandanın tarixində yüksək dəstədə qol sevinci yaşayan 38-ci futbolçudur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37237 səs