08/10/2019
16:58
2400
| A A A
Azərbaycan Premyer Liqasında 7-ci turun cəza və cərimələri açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunda baş verənlər müzakirə olunub.

“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail"in 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaq komandanın futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5729 səs