U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə start götürür.
Goal.az-ın məlumatına görə, komandamız bu gün ilk oyununu keçirəcək.
Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda baş tutacaq qarşılaşmada millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Avropa çempionatının seçmə mərhələsi
VII qrup
17:00. Azərbaycan - Norveç
Hakimlər: Fran Yoviç, Xrvoye Radiç (Xorvatiya), Radim Dresler, Yan Petrik (Çexiya)
Frydek-Mistek, "Stovki" stadionu