30/10/2019
14:48
554
| A A A
20-ci səfər heç-heçəsi

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah”la görüşündəki 2:2 hesablı heç-heçə “Zirə” üçün yubileylə əlamətdar olub.

Goal.az xəbər verir ki, bu, “qartallar”ın ölkə çempionatının yüksək dəstəsində 20-ci səfər heç-heçəsi kimi tarixə düşüb.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən komanda bunadək rəqib meydanlarında keçirdiyi 64 qarşılaşmada 19 dəfə sülhə imza atmışdı.

“Zirə” debüt mövsümündə 7, 2016/17 mövsümündə 5, 2017/18 mövsümündə 4, 2018/19 mövsümündə 3 dəfə səfərdən 1 xalla qayıdıb. Cari çempionatda isə “Sabah”la matçda ilk səfər bərabərliyi qeydə alınıb.

Bunlardan 10-da 1:1, 8-də 0:0, 2-də 2:2 hesabına təsadüf olunub. 8 komandanın meydanında bərabərlik qeydə alınıb. “Neftçi” və “Qəbələ”nin meydanında daha çox – 4 dəfə heç-heçəyə nail olan qəsəbə təmsilçisi “Keşlə” ilə 3, “Qarabağ”, “Sumqayıt”, AZAL və “Kəpəz”lə 2, “Sabah”la 1 dəfə bərabərə qalıb.

Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə oyunda qeydə alınıb – 1:1.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs