20/04/2020
14:44
736
| A A A
I Divizion tarixinin ən yaxşı komandaları

Futbol üzrə Azərbaycan çempionatının I Divizionu tarixində ən yaxşı komanda MOİK-dir.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər OİK adlanan paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda həm oyun, həm qələbə, həm xal sayında bütün komandaları qabaqlayır.

Bakılılar 395 matçda 187 qələbə qazanıb, 638 xal toplayıb. Daha 4 klub 300-dən çox oyun keçirməyə nail olub. Bunlar “Göyəzən” (384), “Bakılı” (346), Mingəçevir “Energetik”i (332) və “Neftçala” (304) komandalarıdır.

MOİK-dən başqa iki komanda 150-dən çox oyunda qalib gəlib. “Neftçala” 173, “Qaradağ Lökbatan” 165 dəfə qələbə əldə edib. Xal hesabında da bu komandalar müvafiq olaraq 2-ci və 3-cüdür. “Bakılı” I Divizionun ümumi cədvəlində 4-cü, Qusar “Şahdağ”ı 5-cidir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5385 səs