30/04/2020
17:37
1197
| A A A
Kəpəz-in toxunulmaz rekordu

Azərbaycan çempionatlarında 5 dəfə 10 top fərqli nəticə qeydə alınıb.

Goal.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Neftçi” və “Kəpəz” hərəyə 2, “Turan” bir dəfə belə böyük hesabla qalib gəlib.

Mütləq rekord Gəncə klubuna məxsusdur. “Kəpəz” “Şəmkir”i 12 top fərqi ilə məğlub edib – 14:2. “Neftçi” ən böyük quru hesabın müəllifidir. Bakılılar “Şahdağ”ın qapısından 11 top keçirib. “Ağ-qaralar” həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. “Neftçi” Sumqayıtda “Xəzər”in qapısına 10 cavabsız qol vurub. “Turan” eyni hesabla “Kürmük”ə qalib gəlib. İki ağır məğlubiyyət alan “Şahdağ” Gəncədə “Kəpəz”ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün ən böyükhesablı nəticəsi bu il fevralın 15-də baş tutan “Zirə” – “Qarabağ” (0:6) görüşünə təsadüf edib.

10 və daha çox top fərqilə qazanılan qələbələr

1996/97 mövsümü

23.11.1996. “Kəpəz” – “Şəmkir” - 14:2

1998/99 mövsümü

07.02.1999. “Neftçi” – “Şahdağ” Qs - 11:0

1993/94 mövsümü

28.05.1994. “Turan” – “Kürmük” - 10:0

1994/95 mövsümü

20.10.1994. “Xəzər” S – “Neftçi” - 0:10

1998/99 mövsümü

19.09.1998. “Kəpəz” – “Şahdağ” Qs - 11:1

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5796 səs