21/01/2021
16:11
2086
| A A A
Turun son oyunu Əliyar Ağayevə tapşırıldı

Azərbaycan Premyer Liqasının 14-cü turunda sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" oyunu üçün hakim təyinatları müəyyənləşib.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Zeynal Zeynalov köməklik edəcək. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.

Qeyd edək ki, "Keşlə" - "Sumqayıt" görüşü saat 16:00-da başlayacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs